
Bakı. Trend:
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44
milyard 825,3 milyon manat, xərclərinin isə 48 milyard 683,1 milyon
manat olacağı gözlənilir.
Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına
nisbətən müvafiq olaraq 2 % və 2,2 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 857,8 milyon manat kəsir
yaranmalıdır. Bu isə illik müqayisədə 4,9 % çoxdur.