
Bakı. Trend:
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq
ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin
qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2%, o cümlədən
qeyri-neft-qaz sektorunda 8,8% təşkil edəcəyi
proqnozlaşdırılır.
Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artım
proqnozlarına görə, bu il ölkədə 129,9 milyard manatlıq, o cümlədən
qeyri-neft-qaz sektorunda 93,5 milyard manatlıq ÜDM istehsal
olunmalıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin
yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə
müqayisədə 1% çox ümumi daxili məhsul istehsal (83 milyard 37,8
milyon manatllıq) olunub.

