I Liqa klubu yeni transferini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Transfer çalışmalarını davam etdirən “Difai” heyətini yeni
futbolçu ilə gücləndirib

Trend xəbər verir ki, I Liqa
təmsilçisi ilə müdafiəçi ,Əsgər Hüseynov arasında 1 illik müqavilə
imzalanıb.




26 yaşlı təcrübəli futbolçunun son komandası 2024-25-ci illərdə
formasını geyindiyi “Şəfa” olub. O buna qədər “Qarabağ U-19”, “Qarabağ-2” , “Neftçi-2” , “Araz-Naxçıvan” , “Mingəçevir” , “İmişli” klublarında çıxış edib. Eyni zamanda Hüseynov “Azərbaycan
Milli Komandasının” (U-17, U-19, U-21) şərəfini qoruyub.