“Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City”
Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust
aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

Trend xəbər
verir ki, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət
mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən
mənşə və ixrac sertifikatlarının alınması, gömrük
rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s.
xidmətlər üçün müraciət ediblər.

Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox
ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən
çox xidmət göstərilir.




Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin
tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük
Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim
edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə
digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da
nəzərdə tutulur.

Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri
xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və
xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan,
operativ və fasiləsiz həllinə imkan verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir