
Bakı. Trend:
Türkiyədə İstanbul birjasında (Borsa İstanbul- türk) maliyyə
maxinasiyaları ilə bağlı həbslər həyata keçirilib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
İstanbul baş prokurorluğu aparılan istintaqın gedişində birjada
qiymətli kağızların ticarəti zamanı satış həcmi və qiymətlərdə adi
axara uyğun gəlməyən dəyişkənliklərin müşahidə olunduğunu, süni
qiymət artırmalarının kiçik investorların ziyana dşməsinə səbəb
olduğunu müəyyənləşdirib və 14 şübhəlinin saxlanılmas barədə
sərəncam verib.
Həbs olunan 14 şübhəli İstanbul Polis İdarəsinin İstanbulun
Vətən prospektində yerləşən binasına aparılıb.

