MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq

Baş səhifə

Bakı. Trend:

SOCAR ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC
(Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair
saziş imzalanıb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Bakıda keçirilən imzalama mərasimində tərəflər Egey bölgəsinin
ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə
investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində
mövqeyini gücləndirməyi hədəfləyirlər.

Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal
operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda
səhmdar olacaq.




Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinə
inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji
sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat
səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və
infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə
edəcək.

Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR
Terminal” 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 min
m² liman ərazisi və 30 min m² arxa sahəsi ilə həm regional, həm də
qlobal ticarət üçün strateji əhəmiyyət daşıyır. ULCS sinifli yeni
nəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eyni
anda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləmə
müddətlərini minimuma endirir.

“Gələcəyin limanı” konsepsiyası ilə fəaliyyət göstərən “SOCAR
Terminal” ən yüksək əmək mühafizəsi və təhlükəsizlik standartlarını
tətbiq edir, rəqəmsallaşma və texnologiyaya qoyulan sərmayələrlə
sənayedə qabaqcıl mövqeyini qoruyur. Bununla yanaşı, karbon izinin
azaldılması, bərpa olunan enerji mənbələrinə sərmayə yatırılması və
enerji səmərəliliyinin artırılması ilə dayanıqlı biznes modeli
qurur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir