
Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi
məlumatlarına əsasən, Xorvatiya Respublikasının Bjelovar-Biloqora
bölgəsində, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq
xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu
heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi
Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə
alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata
görə, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması
məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə
alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən
müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub.