
Bakı. Trend:
Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları
nəzərə alınacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, prospekt, küçə, meydan və müvafiq
ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların
adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə
alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Təklif edilən dəyişikliklə prospekt, küçə, meydan və müvafiq
ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların
adlarının dəyişdirilməsi zamanı dövlət dilinin
normaları da nəzərə alınacaq.