“SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb

Baş səhifə

Bakı. Trend:

SİMA
İmza
” mobil tətbiqinin yüklənilmə sayı cari
ilin ilk səkkiz ayında 2 milyona yaxın artaraq 5 milyonu
ötüb.

Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq,
maliyyə və digər sahələrdə “SİMA İmza”dan gündəlik istifadə edilir.
Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmiş
qurumların sayı isə 90-a yaxındır.

Təkcə, “mygov ID” üzərindən 200-dən çox hökumət portalına “SİMA
İmza” vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlara
elektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildə
yararlanmaq imkanı yaradır.

“SİMA İmza” haqqında




SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imzanı
əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya
ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini
smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA
İmza” vətəndaşlar üçün tam ödənişsizdir. “SİMA İmza”nın vətəndaş,
fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə
verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”
tətbiqində “6AYPULSUZ”
promokodu
ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədən
istifadə edə bilərlər.

Ətraflı məlumat üçün:

📞157

🌐 sima.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir