
Bakı. Trend:
“Mastercard” hazırda Azərbaycanda ictimai nəqliyyat
layihələrinin genişləndirilməsi üzərində işləyir.
Bu sözləri Trend-ə açıqlamasında “Mastercard”ın Azərbaycan üzrə
regional meneceri Emil Zeynalov deyib.
O bildirib ki, Bakı-sumqayıt dairəvi şəbəkəsində ödənişlərin
təmassız formada həyata keçirilməsi üçün “Mastercard”
Azərbaycandakı partyorlarla yaxın şəkildə işləyir.
“Düşünürük ki, bu il ərzində bu məsələ öz həllini tapacaq”, –
deyə E. Zeynalov vurğulayıb.

