
Bakı. Trend:
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev
UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat
alıb.
Trend xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada
“Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək
ilk tur matçını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün
dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də
başlayacaq.

