Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 76% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 104,6
milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 45,2 milyon ABŞ dolları və ya 76,1% çoxdur.

Hesabat dövründə BƏƏ ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 0,33%-i həcmində olub.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan BƏƏ-yə 73,4
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 39 milyon ABŞ dolları və ya 2,1 dəfə
çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-avqust aylarında BƏƏ-dən
Azərbaycana 31,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 6,2 milyon ABŞ dolları və ya
25% artım deməkdir.




Bundan başqa, hesabat dövründə Azərbaycandan Birləşmiş Ərəb
Əmirliklərinə 71,7 milyon ABŞ dolları dəyərində qeyri-neft
məhsulları ixrac edilib ki, bu da ötən ilin ilk 8 ayındakı
göstəriciyə nisbətən 39 milyon ABŞ dolları və ya 2,2 dəfə artım
deməkdir.

Azərbaycandan BƏƏ-yə qeyri-neft məhsullarının ixracı ölkənin
ümumi ixracında 2,99% paya malik olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan
xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123
milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,
15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%
azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət
saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və
ya 2,7 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir