
Bakı. Trend:
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə
nəticələnib.
Trend
xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd
məktəbində baş verib.
Belə ki, məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb.
Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət
yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub.
O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları
tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

