Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Baş səhifə

Bakı. Trend:

Avrokomissiya Gürcüstana qarşı sanksiyaların tətbiqi, həmçinin
bu ölkə ilə vizasız gediş-gəliş rejiminin ləğv olunmasının
mümkünlüyünü nəzərdən keçirir.

Trend xəbər verir
ki, bu barədə Avrokomissiyanın nümayəndəsi Anita Hipper brifinqdə
etdiyi çıxışda bildirib.




“Keçirdiyimiz müzakirələr zamanı sanksiyalardan tutmuş vizasız
rejimin dayandırılmasına və digər tədbirlərə qədər müxtəlif
variantlar nəzərdən keçirilib.

Eyni zamanda, artıq qeyd edildiyi kimi, biz siyasi
təmaslarımızın səviyyəsini tam şəkildə endirmişik, gürcü
hakimiyyətinə maliyyə yardımını dayandırmışıq və vətəndaş
cəmiyyətinə dəstəyimizi artırmışıq”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir