Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş
Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan
sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə
tanış olublar.

Trend xəbər verir ki,
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər
barədə məlumat verdi.

Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev
tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern
memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının
tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək
ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü – Zəfər Gününü
simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci
ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi
formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət
ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin
minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir