Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaların dəyəri 1,8 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı
vasitələri ilə 5,072 milyard ABŞ dolları dəyərində 10,3 min ton
beynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya 1,8 dəfə
çox, həcm ifadəsində isə 62,5 min ton və ya 7,1 dəfə azdır.




Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
258,1 milyon ABŞ dolları dəyərində 1,7 min ton yük ixrac edilib ki,
bu da illik müqayisədə dəyər baxımından 48,6 milyon ABŞ dolları və
ya 23,2% artım, həcm ifadəsində isə 62,4 min ton və ya 38,1 dəfə
azalma deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında hava nəqliyyatı
vasitəsilə Azərbaycana 4,8 milyard ABŞ dolları dəyərində 8,6 min
ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 2,2 milyard ABŞ dolları və ya
1,8 dəfə çox, həcm baxımıdan isə 137 ton və ya 1,6% azdır.