
Bakı. Trend:
ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya şirkətinin
və Bankın “Cəfər Cabbarlı” filialının binasının açılışı olub. Bina
Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 40C ünvanında yerləşir.
ABB-nin yeni korporativ simasına uyğun qurulmuş binadakı ən
maraqlı yeniliklərdən biri burada kitab mağazasının da olmasıdır.
Bank “Cəfər Cabbarlı” filialı daxilində “Libraff” mağazalar
şəbəkəsinin yeni satış mərkəzinin açılmasına şərait yaradıb.
Beləliklə, ABB müştəriləri “Cəfər Cabbarlı” filialında həm Bankın
məhsul və xidmətlərindən yararlana, həm də yeni nəşrlərlə tanış
olub kitablar ala bilərlər. Bu, bir korporativ sosial məsuliyyət
layihəsidir. Binanın açılışı tədbirində ABB və “Libraff” rəhbərliyi
ilə yanaşı, ölkəmizin tanınmış yazarlarından bir neçəsi də iştirak
edib.
Unudulmaz ədibimiz Cəfər Cabbarlının adını daşıyan bank
filialında həm də kitab mağazasının olması Bankın vətəndaşlıq
məsuliyyəti dəyərindən irəli gəlir. ABB müştərilərdə yeni
təcrübələr formalaşdırır, innovativ texnologiyaları onların
həyatının mərkəzinə gətirir. Eyni zamanda kitab oxumaq kimi ənənəvi
vərdişlərin də qorunaraq inkişaf etdirilməsinə çalışır. Belə
maraqlı layihələr cəmiyyətimizdə faydalı meyllərin yayılıb
populyarlaşmasına kömək göstərir.
Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə
olan bütün ehtiyaclarının təmin edilməsi üçün “Cəfər Cabbarlı”
filialında hər cür şərait yaradılıb. Filialda müxtəlif növ kredit,
kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş
kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi
müxtəlif xidmətlərdən faydalanmaq mümkündür. Müştərilər,
investorlar burada “ABB İnvest” şirkətinin təqdim etdiyi
investisiya imkanlarından da yararlana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial
şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.