
Bakı. Trend:
Bakı şəhərində keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran
Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin
hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18
sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül
prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi”
fəaliyyət göstərməyəcək.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq
qrafikə uyğun fəaliyyətini bərpa edəcək.
Qeyd edilib ki, əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar
xətt”inə (966) müraciət oluna bilər.