Bu qəsəbədə qaz olmayacaq – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz
xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 17.09.2025–ci
il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz
təchizatı dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi,
Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan
ərazinin qaz təchizatında fasilə yaranacaq”,- deyə əlavə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir