Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksi layihələndiriləcək

Baş səhifə

Bakı. Trend:

Qubadlı İşğal və Zəfər Muzeyləri Kompleksinin
layihələndirilməsinə başlanılır.

Trend-in
məlumatına görə, sözügedən işlər çərçivəsində tikinti üzrə
layihə-smeta sənədləri hazırlanacaq və məzmunun hazırlanması işləri
aparılacaq.

Belə ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud
Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.




Qurum sözügedən işlərin icrasını “ArtCloud Network International
s.c.r.l.” şirkətinə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 687 778 manat ödənilib.