
Bakı. Trend:
Bakıda daha 160 ədəd elektrik mühərrikli marşrut avtobusu xəttə
buraxılacaq.
Trend-in
məlumatına görə, həmçinin avtobuslar üçün şarj aparatları da
sifariş ediləcək.
Məlumata əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)
bununla bağlı müvafiq işlərə yekun vurub və sifariş ediləcək
şirkəti müəyyənləşdirib.
MMC avtobus və şarj aparatlarını Çinin “BYD Company Limited”
(BYD) şirkətindən alacaq. Belə ki, MMC və Çin şirkəti arasında
bununla bağlı müqavilə bağlanılıb və şirkətə 87 milyon manat
ödənilib.