Qlobal İnnovasiya İndeksi – 2025 dərc olunub

Baş səhifə

Bakı. Trend:

2025-ci il üçün “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən
edilməsi” adlı Qlobal İnnovasiya İndeksi (Qİİ)
innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və
qabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdim
edir. Bu, ABŞ-ın Portulans İnstitutu
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə
nəşr etdikləri sayca 18-ci buraxılışdır və 139
ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki
güclü və zəif tərəflərini göstərir. 2007-ci ildən bəri Qİİ ölkələr
üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsində, siyasətlərin
təkmilləşdirilməsində və onların effektivliyinin artırılmasında
dəyərli istinad mənbəyi olmuşdur. BMT-nin Baş Assambleyası Qİİ-ni
elm, texnologiya və innovasiya sahəsində siyasətlərin davamlı
inkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlı
müqayisəli analiz aləti
kimi tanıyır.

Trend xəbər verir ki, cari
ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, nəticələri
və institusional mühitini əhatə edən 80 indikator-göstərici
əsasında
hazırlanıb. Bu indikator-göstəricilər
qanunvericilik, elm və təhsil sahələrindən tutmuş bazar inkişafı,
biznes, infrastruktur və s. kimi geniş spektrdə məlumatları özündə
birləşdirir. Qİİ-nin nəşrinin əsas məqsədi ölkələrin innovasiya
mexanizmlərinin effektivliyini qiymətləndirməyə imkan
yaratmaqdır.

Gİİ-2025-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika
Birləşmiş Ştatları, Koreya və Sinqapur gəlir. Ən innovativ on
ölkələr sırasında həmçinin Böyük Britaniya, Finlandiya, Niderland,
Danimarka və Çin yer alır.

Postsovet məkanında ən yaxşı nəticələri Estoniya (16-cı yer),
Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cı
yerdədir, Azərbaycan isə 2024-cü illə müqayisədə göstəricilərini
bir pillə yaxşılaşdıraraq 2025-ci ildə 94-cü yeri tutub.

2025-ci il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətini əks etdirən
80 indikator-göstəricini özündə birləşdirən 7 qrupdan ibarətdir və
iki əsas nəticəvi subindekslə ifadə olunur: “innovasiya resursları”
və “innovasiya nəticələri”.

“İnnovasiya resursları” subindeksi milli
iqtisadiyyatda innovasiya proseslərinin baş verdiyi sahələri 5 qrup
üzrə qiymətləndirir: 1 – institutlar; 2 – insan kapitalı və elm; 3
– infrastruktur; 4 – bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi) və 5
– biznesin inkişaf səviyyəsi.

“İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətinin
faktiki nəticələrini iki qrupa ayıraraq əks etdirir: 6 – bilik və
texnologiyaların nəticələri və 7 – kreativ (yaradıcı) fəaliyyətin
nəticələri.

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçı-ekspertləri
aşağıdakıları qeyd edirlər:

“İnstitutlar” subblokunun 3 indikator-göstəricisi üzrə: –
Sahibkarlıq siyasəti və mədəniyyəti, Biznesin aparılması
siyasətinin sabitliyi, Biznesin əməliyyat sabitliyi;

“İnsan kapitalı və elm” subblokunun 2 indikator-göstəricisi üzrə
– Orta məktəbdə şagird-müəllim nisbəti, Elm və texnologiya
sahəsində məzunlar;

“Biznesin inkişaf səviyyəsi” subblokunun 2 indikator-göstəricisi
üzrə – Klasterlərin inkişaf vəziyyəti; Universitetlərlə sənaye
arasında tədqiqat və təcrübi-təkmilləşdirmə sahəsində
əməkdaşlıq;

“Bilik və texnologiyaların nəticələri” subblokunun 2
indikator-göstəricisi üzrə – Mənşəyinə görə patentlər, eləcə də
Əmək məhsuldarlığının artımı;

“Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” blokunun 1
indikator-göstəricisi üzrə – Startapların və kiçik müəssisələrin
maliyyələşdirilməsi.

Beləliklə, reytinq müəllifləri Azərbaycanın güclü tərəfləri
sırasında 2-ci yerdən 50-ci yerədək mövqelərdə qərarlaşan on
indikator-göstəricisini müəyyənləşdirirlər.

2025-ci ildə Azərbaycan “innovasiya resursları”
subindeksi üzrə 76-cı yeri tutmuş
və ötən illə müqayisədə
öz göstəricilərini 6 pillə yaxşılaşdırmışdır. “İnnovasiya
resursları” subindeksi üzrə Azərbaycan postsovet məkanından olan
bir sıra ölkələri qabaqlayır: Ermənistanı (78-ci yer), Ukraynanı
(80-ci yer), Moldovanı (89-cu yer), Qırğızıstanı (93-cü yer),
Belarusu (102-ci yer) və Tacikistanı (105-ci yer).




“İnnovasiya resursları” subindeksində ölkənin dövlət idarəetmə
orqanlarının rolunu əks etdirən “İnstitutlar” subblokunun mövqeyi
kifayət qədər yüksəkdir – 41-ci yer, həm
də əvvəlki illə müqayisədə 10 pillə irəliləyib.

“İnstitutlar” subbloku üzrə Azərbaycan postsovet məkanında
Latviyanı (46-cı yer), Özbəkistanı (62-ci yer), Ermənistanı (70-ci
yer), Qazaxıstanı (77-ci yer), Moldovanı (91-ci yer), Tacikistanı
(102-ci yer), Ukraynanı (108-ci yer), Qırğızıstanı (119-cu yer),
Rusiyanı (131-ci yer) və Belarusu (137-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunda toplanmış “institusional mühit”
indikator-göstəricisi (65-ci yer) üzrə, “Müəssisələr üçün operativ
sabitlik” indikator-göstəricisi 45-ci yeri tutaraq
mövqeyini 3 pillə yaxşılaşdırıb,
“Hökumətin effektivliyi”
indikator-göstəricisi isə 74-cü yeri tutub. Bu indikator-göstərici
üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (90-cı yer),
Ermənistanı (82-ci yer), Moldovanı (81-ci yer), Tacikistanı (116-cı
yer), Ukraynanı (94-cü yer), Qırğızıstanı (122-ci yer), Rusiyanı
(112-ci yer) və Belarusu (128-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunun “Biznes mühiti” aqreqasiya olunmuş
indikator-göstəricisi olduqca yüksək nəticə göstərərək 3-cü
yeri
tutmuş və 2024-cü illə müqayisədə 12
pillə
irəliləmişdir. “Sahibkarlıq siyasəti və mədəniyyəti”
indikator-göstəricisi isə 2-ci yeri tutmuşdur.
“Biznes aparmaq siyasətinin sabitliyi” indikator-göstəricisi isə
20-ci yerdə qərarlaşmışdır.

“İnsan kapitalı və elm” subblokunun “Orta təhsilin dövlət
tərəfindən maliyyələşdirilməsi” indikator-göstəricisi üzrə
67-ci yerdədir, “Orta məktəbdə şagird-müəllim
nisbəti” indikator-göstəricisi üzrə yüksək –
20-ci, “PISA üzrə oxu, riyaziyyat və təbiət
elmləri üzrə nəticələr” indikator-göstəricisi isə
70-ci yeri tutmuşdur. “Ali təhsil” aqreqasiya
olunmuş indikator-göstəricisinin “Elm və texnologiya üzrə məzunlar”
indikator-göstəricisi üzrə 36-cı yeri tutmuş və
2024-cü illə müqayisədə 9 pillə yaxşılaşmışdır. “Tədqiqat və
inkişaf” aqreqasiya olunmuş indikator-göstəricisinin
“Tədqiqatçılar” indikator-göstəricisi üzrə 47-ci,
“Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar”
indikator-göstəricisi üzrə isə 44-cü yeri
tutmuşdur.

“İnfrastruktur” subblokunun
İnformasiya və kommunikasiya texnologiyaları
aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 70-ci
yeri
tutur və ötən illə müqayisədə reytinqdə öz mövqeyini
14 pilləlik artım göstərmişdir. Bu aqreqasiya
olunmuş indikator-göstəricisinin “Dövlətin onlayn
xidmətləri”
indikator-göstəricisi üzrə 66-cı
yerdədir
15 pilləlik yaxşılaşma
nümayiş etdirib. “İnfrastruktur” subblokunun
Elektrik enerjisinin istehsalı
indikator-göstəricisi üzrə 70-ci yeri tutur.

Bazarın inkişaf səviyyəsi
(mürəkkəbliyi) subbloku üzrə 72-ci
yerdədir
2024-cü illə müqayisədə mövqeyi 42
pillə
yaxşılaşmışdır. Bu subblok üzrə Azərbaycan postsovet
məkanında Özbəkistanı (74-cü yer), Rusiyanı (76-cı yer),
Qırğızıstanı (82-ci yer), Ermənistanı (83-cü yer), Ukraynanı (85-ci
yer), Moldovanı (88-ci yer), Qazaxıstanı (93-cü yer), Belarusu
(102-ci yer) və Tacikistanı (110-cu yer) qabaqlayır.

Kreditlər” aqreqasiya olunmuş
indikator-göstəricisi üzrə yüksək37-ci
yeri
tutmuşdur. “Startapların və kiçik
müəssisələrin maliyyələşdirilməsi
” indikator-göstəricisi
üzrə isə yüksək – 12-ci yeri tutmuşdur.

“Biznesin inkişaf səviyyəsi
subblokunun “Biznes tərəfindən maliyyələşdirilən elmi
tədqiqatlar
” indikator-göstəricisi üzrə 58-ci
yeri
tutmuş və ötən illə müqayisədə öz mövqeyini 5
pillə yaxşılaşmışdır.
“İnnovasiya əlaqələri” aqreqasiya
olunmuş indikator-göstəricisinin (60-cı yer)
“Klasterin inkişaf vəziyyəti” indikator-göstəricisi üzrə
30-cu yeri tutmuş, “Elmi-tədqiqat və
təcrübə-konstuktiv işlər sahəsində universitetlər və sənaye
arasında əməkdaşlıq” indikator-göstəricisi üzrə – 36-cı
yeri
tutmuşdur. “Biliklərin mənimsənilməsi” aqreqasiya
olunmuş indikator-göstəricisinin isə “Əqli mülkiyyətə ödəmələr”
indikator-göstəricisi üzrə 69-cu yeri
tutmuşdur.

Mühüm nəticəli subindeks “innovasiya nəticələri” subindeksidir.
“İnnovasiya nəticələri” subindeksi 2025-ci ildə 112-ci yeri
tutmuşdur. “Biliklərin təsiri” aqreqasiya olunmuş
indikator-göstəricisinin “Startapların yaradılması”
indikator-göstəricisi üzrə 53-cü yeri, “Əmək
məhsuldarlığının artması” indikator-göstəricisi isə 55-ci
yeri
tutmuşdur. Bu indikator-göstərici nəticəverici olub,
istehsalata qabaqcıl texnologiyaların tətbiqi, intellektual əmək
nəticələri və işçilərin peşəkar bacarıqlarının artırılması ilə
əlaqəlidir.

“Kreativ (Yaradıcı) fəaliyyətin nəticələri” subblokunun “Əyləncə
və media bazarı” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə
47-ci yerdədir.

Qİİ-2025-də Azərbaycan üzrə əks olunan əqli mülkiyyət
göstəricilərinə də xüsusi yer ayrılıb. İxtiraçılıq fəaliyyətinin
stimullaşdırılması milli innovasiya prosesində prinsipial
əhəmiyyətli rol oynayır və Qİİ-də “Mənşəyinə görə patent
müraciətləri” indikator-göstəricisi ilə qiymətləndirilir. Sözügedən
indikator-göstərici üzrə Azərbaycan 57-ci yerdədir və Qİİ-2025-in
tərtibatçı-ekspertləri tərəfindən ölkənin 10 aparıcı innovasiya
nəticəsi sırasına daxil edilmişdir. Bu indikator-göstərici üzrə
Azərbaycan postsovet məkanında Ermənistanı (79-cu yer), Moldovanı
(64-cü yer) və Tacikistanı (77-ci yer) qabaqlayır. Qeyd etmək
lazımdır ki, bu indikator-göstərici üzrə Azərbaycan və Gürcüstan
53-58-ci yerlər qrupunda qərarlaşaraq Cənubi Qafqazda liderliyi
bölüşürlər. Digər mühüm indikator-göstərici “Mənşəyinə görə faydalı
modellər” və ya “kiçik patentlər”dir və bu indikator-göstərici üzrə
reytinqə görə 38-ci yerdədir. “Rezidentlərin əmtəə nişanlarına dair
müraciətləri” indikator-göstəricisi əqli mülkiyyətin sənaye
obyektlərinə bərabər tutulur və Qİİ-2025-də 71-ci yeri tutur.

Yuxarıda göstərilən ixtiraçılıq aktivliyi göstəriciləri ilə
yanaşı, patent fəaliyyəti ilə bağlı nəticələr də təhlil olunub. Bu
sahədə ən mühüm indikator-göstərici “Patent ailələri”dir.
Qİİ-2025-də Azərbaycan bu indikator-göstərici üzrə 75-ci yeri tutur
ki, bu da ötən illə müqayisədə 16 pillə yüksəkdir. Bu
indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Belarusu
(76-cı yer), Qazaxıstanı (83-cü yer), Tacikistanı (100-cü yer),
Özbəkistanı (100-cü yer) və Qırğızıstanı (100-cü yer) qabaqlayır.
“Rezidentlərin PCT üzrə patent müraciətləri” indikator-göstəricisi
isə 80-ci yerdə qərarlaşıb.

Qİİ ekspertləri hesab edir ki, ölkəyə vençur kapitalının cəlb
edilməsi, xalis birbaşa xarici investisiya axını, ümumi kapital
yığımı, vençur investorlarının ortaq iştirakı, universitet sənayesi
və beynəlxalq əməkdaşlıq kimi sahələrin inkişafı Azərbaycanda
aktuallığını qoruyur və diqqət mərkəzində saxlanılmalıdır.

Ölkənin Qİİ reytinqində mövqeyinin yaxşılaşdırılması üçün
ehtiyat imkanlardan biri də hesabatda əksini tapmamış məlumatların
vaxtında və tam şəkildə təqdim olunması, eləcə də köhnəlmiş
məlumatların (ölkə göstəricilərinin) yenilənməsidir.