
Bakı. Trend:
Madriddə ikigünlük danışıqlardan sonra Çin və ABŞ razılaşıblar
ki, “TikTok”un ABŞ-dəki törəmə şirkəti öz ana şirkəti “ByteDance”in
alqoritmindən istifadə edəcək.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, “ByteDance” ABŞ-də “TikTok”un məlumatlarının və
məzmununun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə
götürəcək
Xatırladaq ki, iyulun 5-də Tramp “TikTok”un satin alınması ilə
bağlı sövdələşməyə hazır olduğunu açıqlayıb.

