Azərbaycanda dəmiryolu nəqliyyatı ilə beynəlxalq yükdaşımalar azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryolu
nəqliyyatı vasitələri ilə 2,032 milyard ABŞ dolları dəyərində 4,7
milyon ton beynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 50,7 milyon ABŞ dolları və ya 2,4%, həcm
ifadəsində isə 79,8 min ton və ya 1,7% azdır.




Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
592,9 milyon ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilib
ki, bu da illik müqayisədə dəyər baxımından 12,3 milyon ABŞ dolları
və ya 2%, həcm ifadəsində isə 32,5 min ton və ya 1,7% azalma
deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında dəmiryolu nəqliyyatı
vasitəsilə Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində 2,8 milyon
ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 38,4 milyon ABŞ dolları və ya
2,6%, həcm baxımıdan isə 47,3 min ton və ya 1,6% azdır.