Bugünkü hərracda dövlətə məxsus satılan nəqliyyat vasitələrinin sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.

Trend Əmlak Məsələləri Dövlət
Xidmətinə istinadla xəbər verir ki, nəqliyyat vasitələrinə
sifarişlərin çox olması hərracı rəqabətli edib.




Start qiyməti 18 min manat olan “Land Rover Defender” markalı
avtomobil 32 min manata, 24 min 250 manat olan lot üzrə
avtomobillər isə 35 min manata satılıb.

Cari ay ərzində növbəti hərraclar sentyabrın 23-də və 30-da
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir