Azərbaycandan ən çox qeyri-neft məhsulları idxal edən ölkələrin onluğu

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar–avqust aylarında Azərbaycandan qeyri-neft
məhsullarının ixracı 2,4 milyard ABŞ dolları təşkil edib ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,6 milyon dollar və ya
10,1 % çoxdur.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan qeyri-neft
məhsullarının ən çox ixrac olunduğu ölkə Rusiya olub. Belə ki, cari
ilin ilk səkkiz ayında Rusiyaya qeyri-neft məhsulları üzrə ixrac
814,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 62,1 milyon dollar və ya 8,2 % çoxdur.

Rusiyaya qeyri-neft ixracı Azərbaycanın ümumi ixracının 33,93
%-ni təşkil edib.




Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb – bu ölkəyə 394,5
milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac olunub.

Üçüncü yerdə isə 220,2 milyon ABŞ dolları həcmində məhsul ixrac
edilmiş İsveçrədir.

Aşağıda 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın ən çox
qeyri-neft məhsulu ixrac etdiyi ölkələrin siyahısı təqdim
olunur:

Ölkə

(min ABŞ dolları)

Ümumi dövriyyədən faiz

Rusiya

814 099.97

33.93

Türkiyə

394 548.89

16.44

İsveçrə

220 191.02

9.18

Gürcüstan

216 377.50

9.02

Ukrayna

131 766.19

5.49

BƏƏ

71 673.28

2.99

Qazaxıstan

65 718.10

2.74

Belarus

52 028.07

2.17

ABŞ

44 586.55

1.86

Özbəkistan

43 193.42

1.80