
Bakı. Trend:
Günəş küləyinin günün əvvəlindən qeydə alınan sürəti 750
km/saatı ötüb ki, bu isə ekstrimal göstərici hesab olunur.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnstitutunun Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti
məlumat yayıb.
Lakin laboratoriyanın tədqiqatçılarına görə, bu hadisə Yer
üzərində ciddi nəticələrə səbəb olmayıb, çünki günəş küləyinin
sürəti artsa da, onun maqnit sahəsinin enerjisi kəskin şəkildə
azalıb və bu da maqnitosferə təzyiqi zəiflədib.
Bunun fonunda səhər saatlarında Yer üzərində yeni G1 (zəif)
səviyyəli maqnit qasırğası qeydə alınıb. O, geomaqnit
aktivliyindəki qısa fasilədən sonra Bakı vaxtı ilə 04:00–07:00
aralığında baş verib.
Alimlərin qeyd etdiyinə görə, planet dəyişmiş planetlərarası
mühit
parametrləri ilə qeyri-sabit tarazlığa çatıb. Əvvəllər qeydə
alınmış G3 səviyyəli daha güclü pozuntulardan fərqli olaraq, bu
dəfə Yerin maqnit sahəsinin reaksiyası zəif olub.
Yaxın iki-üç gün ərzində mövcud vəziyyətin davam edəcəyi –
ayrı-ayrı zəif və orta güclü qasırğaların sakit dövrlərlə
əvəzlənəcəyi gözlənilir.

