​Çində 4 general vəzifədən uzaqlaşdırıldı

Baş səhifə

Çində dörd general Ümumçin Xalq Nümayəndələri Konqresinin üzvlüyündən çıxarılıb.

Metbuat.az xəbər verir ki, generalların hansı səbəbdən işdən çıxarılması barədə məlumat verilməyib. Generalların korrupsiya işi ilə bağlı vəzifələrindən uzaqlaşdırıldığı iddia edilir. Ekspertlər qeyd ediblər ki, bu cür işdən çıxarılmalara adətən intizam araşdırmaları və ya Partiyadaxili nəzarət prosesləri səbəb olur.

Qeyd edək ki, 2023-cü ildən vəzifələrindən azad edilən hərbi qulluqçuların sayı 20-yə çatıb. Parlamentdəki 281 nəfərlik hərbi nümayəndə heyəti 261-ə endirilib. Bu müddətdə 6 general, 12 general-leytenant, iki general-mayor vəzifələrindən kənarlaşdırılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir