
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial
şəbəkə hesablarında BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl
Nəhyan ilə görüşündən görüntülər paylaşılıb.
Trend xəbər verir ki, paylaşımda deyilir:
“Prezident İlham Əliyev Azərbaycan Respublikasına rəsmi səfərə
gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin
Zayed Əl Nəhyan ilə görüşüb. (16.09.2025)”