Prezident İlham Əliyevin şəhid bacısı ilə səmimi söhbəti (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli
və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

Trend xəbər verir
ki, görüş zamanı Prezidenti İlham Əliyev şəhid bacısı ilə səmimi
söhbəti baş tutub.

Tələbə qız: Salam. Mən Qarabağ Universitetinin
Hüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsiyəm. Burada təkcə
Xocalı sakini kimi yox, həm də şəhid bacısı kimi iştirak edirəm.
Qardaşım Sərvan Mehralıyev Aprel döyüşlərində qəhrəmancasına şəhid
olub.

Prezident İlham Əliyev: Allah rəhmət
eləsin.

Tələbə qız: Sizin dəstəyinizi nəinki bir şəhid
bacısı, həm bir tələbə, həm də bir keçmiş məcburi köçkün kimi daim
hiss etmişəm və buna görə də böyük minnətdarlığımı bildirirəm. Çox
sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Burada,
Xankəndidə həyatın necə keçir, yaxşıdır?

Tələbə qız: Bəli, əla. Hamı razıdır, hamının
ürəyincədir.

Prezident İlham Əliyev: Çox gözəl. Dünən Tibb
fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı
çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçə
ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr
şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ
olun.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir