Sumqayıtda yaşayış binasında yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər
Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin
qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən
qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik
lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən
5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5
ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik
tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini
təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.