
HƏMAS beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada müharibəyə son qoymasını və blokadanı aradan qaldırmasını təmin etmək üçün hərəkətə keçməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb. Bəyanatda ərəb və islam ölkələri, eləcə də dünya xalqlarını məhv olmaqda olan Qəzza və onun sakinləri üçün tarixi, mənəvi və humanitar məsuliyyətlərini üzərinə götürməyə çağırış edilib.
HƏMAS, İsrailin dinc insanlara qarşı beynəlxalq norma və qanunları pozduğunu bəyan edərək, bu hadisələrin ABŞ administrasiyasının siyasi və hərbi dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.