"Qarabağ" qələbə qazanır – YENİLƏNİR

Baş səhifə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda önə keçib.

***

00:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda dördüncü qol vurulub.

Modern.az xəbər verir ki, Ağdam komandası jeanl bərabərləşdirib – 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

***

23:37

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda üçüncü qol vurulub.

Modern.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb – 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

***

23:18

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, “Eştadiu da Luş” stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər – 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

***

23:17,

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

Modern.az xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.

***

23:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.

Modern.az xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.