"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Baş səhifə

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib. 

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib. Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir