DYP yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş səhifə

Bakı. Trend:

Yağıntılı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi (DYP)
İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Trend
bildirilib ki, müraciətdə deyilir: “Ölkəmizin əksər ərazilərində, o
cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir.
Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı,
görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də
piyadalar üçün əlavə risklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki,
sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət
həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat
vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə
yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar.




Piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada
keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə
imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli
davranmalıdırlar”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarını hava şəraitini nəzərə alaraq diqqətli olmağa və
qaydalara ciddi şəkildə əməl etməyə çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir