
Bakı. Trend:
Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsində
müxtəlif mövzulu ictimai dinləmə və dəyirmi masaların keçirilməsi
nəzərdə tutulub.
Trend-in
məlumatına görə, bununla bağlı məlumat komitənin 2025-ci ilin payız
sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Belə ki, sessiya müddətində komitədə aşağıdakı tədbirlərin
keçirilməsi nəzərdə tutulur:
- “2025-ci Konstitusiya və Suverenlik İli” çərçivəsində “Rəqəmsal
suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda
dəyirmi masa - İnsan hüquqları profilli vətəndaş cəmiyyəti təsisatları ilə
birgə əməkdaşlığın vəziyyəti və ortaq fəaliyyətin inkişafına həsr
edilən dəyirmi masa - “Vəkillik institutu – vətəndaşların insan hüquqlarının təmin
edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin
təkmilləşməsində yeri və rolu” mövzusunda dəyirmi masa - “Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni
tendensiyalar, perspektivlər – Azərbaycandan baxış” mövzusunda
dəyirmi masa - ANAMA ilə birgə “Mina terroru qurbanlarının beynəlxalq hüquqi
platformalara çıxışının təmin olunması” mövzusunda görüşlər - Ədliyyə Nazirliyi ilə birgə “Cinayət qanunvericiliyinin icra
vəziyyəti”nə dair dinləmələr, görüşlər - “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi”
mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə
təşkilatların iştirakı ilə müzakirə - İşğaldan azad edilmiş ərazilərlə bağlı “Böyük Qayıdış və
reinteqrasiya” ilə bağlı qanun layihəsi ətrafında dinləmələr - “Qlobal insan hüquqları” adlanan siyasi ideoloji qurumların –
USAİD və s.-qapadılması, “beynəlxalq insan hüquqları” konseptinin
böhranı” mövzusunda beynəlxalq İnsan hüquqları QHT-lərinin
Azərbaycana qarşı uzun illər apardığı qərəzli fəaliyyətlə bağlı
müzakirə və dinləmələr - “Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının
müdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar,cavablar”
mövzusunda konfrans - “Süni intellekt və insan hüquqları” mövzusunda “Azərbaycan
Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt
Strategiyası”nın qəbul edilməsinə həsr olunan tədbir - 8 avqust 2025-ci il tarixli Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli
görüşləri, əldə olunan razılaşmalarda etimad mühiti quruculuğunun
insan hüquqları konteksti-nifrət nitqindən imtinaya dair
çağırışların, təhlil sənədlərinin hazırlanması - Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dünya
azərbaycanlıları, milli diaspor təşkilatlarının hüquqları və
parlamentin rolu” mövzusunda tədbir - “Qərb cəmiyyətlərində radikal miqrasiya siyasəti – fundamental
insan hüquqlarının dərin böhranı: mövcud təcrübələrin
dəyərləndirilməsi” mövzusunda vebinar
Dekabr 3-də Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlillərin
sosial-hüquqi müdafiəsi: qanunvericilik və islahatlar”, dekabrın
10-da isə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi
masanın keçirilməsi nəzərdə tutulub.
Dekabr 28-də isə Azərbaycanda Vəkillər Günü münasibətilə
Vəkillər Kollegiyası ilə birgə konfransın keçirilməsi
planlaşdırılır.