Türkiyədə mütəşəkkil cinayətkar dəstələr qarşı əməliyyat: 115 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 49 vilayətində mütəşəkkil cinayətkar dəstələrə qarşı
iri miqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz “X”
səhifəsində məlumat paylaşıb.




Məlumata əsasən, aparılan əməliyyatların gedişində ümumilikdə
115 nəfər saxlanılıb.

Saxlanılan şübhəlilərə qarşı sələməçilik, ağır dələduzluq,
dövlət qurum və təşkilatlarının ziyanına olan dələduzluq,
tenderlərə müdaxilə, rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən
sui-istifadə, vergi qanunvericiliyinə zidd hərəkətlər, rəsmi
sənədlərin saxtalaşdırılması, digər maliyyə dələduzluqları kimi
ittihamlar üzrə vilayətlərin prokurorluqları tərəfindən istintaq
başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir