
Bakı. Trend:
Yerinə yetirilməyən məhkəmə qərarlaırnın 340 mini bank sistemi
ilə bağlıdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
“Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri
qayıtmayacaq. Çünki vətəndaşın maddi durumunu bilirdi”, – deyə
komitə sədri vurğulayıb.
Z.Oruc bildirib ki, maliyyə naziri də bu məsələləri diqqətdə
saxlayır.