Qəzza şəhərini tərk edənlərin sayı 400 minə çatıb – IDF

Baş səhifə

Bakı. Trend:

İsrail ordusunun Qəzza bölgəsində iri miqyaslı əməliyyata
hazırlaşması və təxliyyə ilə bağlı xəbərdarlıqlar fonunda, şəhəri
təxminən 400 minə yaxın fələstinli tərk edib.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) istinadən məlumat
yayıb.




Məlumata görə, Qəzza şəhərində buna qədər 1 milyona yaxın
insanın yaşadığı təxmin edilirdi.

Qarşıdakı geniş-miqyaslı hücum əməliyyatları ərəfəsində İDF
Qəzza şəhərinin bütün ərazilərində yaşayan fələstinlilərə dərhal
zolağın cənubunda İsrail tərəfindən müəyyən edilmiş humanitar
zonaya təxliyə olunmağı əmr edib.