
Bakı. Trend:
Bu ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3.0 milyard
dollar artıb.
Bu barədə Trend
Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa
investisiyalar (0.5 milyard dollar), portfel investisiyaları (1.0
milyard dollar) və digər investisiyalar (1.5 milyard dollar)
hesabına formalaşıb.
Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə
öhdəlikləri isə 230.0 milyon dollar artıb ki, bu da
xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-195.8 milyon
dollar), neft bonusu (450.2 milyon dollar), portfel
investisiyaları (-24.9 milyon dollar) və digər investisiyalar (0.5
milyon doar) hesabına formalaşıb.

