
Bakı. Trend:
Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına
tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir.
Trend
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Azər Badamov komitənin bugünkü
iclasında çıxışı zamanı deyib.
“Müvafiq qurumlarla müzakirə edib məqsədəuyğun olarsa, həmin
güzəştlərin müddətinin uzadılmasını təklif edirəm”, – deyə millət
vəkili vurğulayıb.
Deputat həmçinin, sadələşdirilmiş vergi limitlərin artırılması
ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklifini irəli
sürüb.