“Tamar” qaz layihəsi səbəbindən Azərbaycanın İsrailə yatırımları yarım milyard dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Azərbaycanın İsrailə yatırımları 543 milyon
dollara çatıb.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının
təqdimatına həsr olunmuş brifinqdə bildirib.

O bildirib ki, bunun əsas səbəbi Azərbaycan tərəfinin Aralıq
dənizində yerləşən və ən iri qaz yataqlarından biri olan İsrailin “Tamar” qaz layihəsində iştirak payı alması ilə bağlıdır:




“Yəni Azərbaycandan İsrailə yatırılan investisiyaların böyük
hissəsi məhz bu layihə ilə əlaqədar olmuşdur.
Bununla da İsrail Azərbaycanın ən çox yatırım etdiyi ölkə
olub”.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycan xarici
iqtisadiyyata 1,349 milyard dollarlıq birbaşa investisiya yatırıb.
Azərbaycandan xaricə birbaşa investisiyalarda ilk beşlikdə İsrail
(543 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon
dollar), ABŞ (78 milyon dollar) və Gürcüstan (77 milyon dollar)
qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir