
Bakı. Trend:
Sentyabr ayının 16-da Milli Məclisdə Yaponiya dövlətinin
Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Vatanabe Katsuya ilə görüşümüz baş tutdu. Cənab səfiri salamlayaraq
ona ölkəmizdə diplomatik fəaliyyəti müddətində uğurlar
arzuladım.
Trend xəbər
verir ki, bu sözləri Milli Məclisin deputatı Əminə Ağazadə sosial
şəbəkə hesabında yazıb.
O bildirib ki, görüş zamanı hazırda ölkələrimiz arasında
münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd olundu,
1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri ötən 30
ildən artıq müddətdə Azərbaycan Respublikası və Yaponiya dövləti
arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox digər
sahələrin inkişaf etdiyi diqqətə çatdırıldı.
“Söhbət zamanı cənab səfirə Azərbaycan Respublikasının
Prezidenti, cənab İlham Əliyevin Azərbaycan–Yaponiya
münasibətlərinin inkişafına göstərdiyi diqqəti xüsusi olaraq qeyd
etdim. Bidirdim ki, cənab Prezidentin ölkəmizə rəhbərliyi dövründə
iki ölkə arasında siyasi dialoq güclənmiş, iqtisadi, enerji,
mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə
yüksəlmişdir.
Görüşdə Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf
etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulandı.
Cənab səfir iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq
qruplarının sıx münasibətlərinin bundan sonra da davam
etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin dost və tərəfdaş
ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni
istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsi prespektivləri
müzakirə edildi, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların
olduğu vurğulandı”.
“Qeyd olundu ki, gələcəkdə də dostluq qruplarının qarşılıqlı
səfərləri, yeni təşəbbüsləri və birgə layihələri xalqlarımızın
rifahına xidmət edəcəkdir. Bizim ortaq məqsədimiz
Azərbaycan–Yaponiya münasibətlərini daha da gücləndirmək və
strateji tərəfdaşlıq ruhunu daha yüksək səviyyəyə qaldırmaqdır.
Səmimi keçən görüşdə cənab səfiri səfirliyin əməkdaşları müşaət
edirdi. Görüşün sonunda birgə fotoşəkillər çəkildi”,- deyə o əlavə
edib.