
Bakı. Trend:
Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan Alliance
Logistics-də kadr dəyişiklikləri baş verib. Şirkətə rəhbərlik edən
Natiq Heydərovun yerinə Natiq Cəfərov təyin olunub.
Trend
xəbər verir ki, Natiq Cəfərovun beynəlxalq logistika sahəsində 20
ildən artıq təcrübəsi var.
Bildirilib ki, son illərdə o, “Alliance Multimodal” MMC
şirkətinə rəhbərlik edib və multimodal daşımalar sahəsinin
inkişafına əhəmiyyətli töhfələr vermişdir. Qeyd etmək lazımdır ki,
“Alliance Multimodal» MMC “Alliance Logistics”in törəmə
şirkətidir.