
Mingəçevir. Tr5end:
Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.
Trend-in yerli
bürosunun xəbərinə görə, şəhər ərazisində 1988-ci il təvəllüdlü
Məmmədov Xəyal idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə
olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayəni
və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.
Yaralılar Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupdan Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat
hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat
araşdırmaları aparılır.