Büdcə Məcəlləsinin hazırlanması prosesi başlayıb –

Baş səhifə

Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanmasına başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qurumun bu gün keçirilən icasında bildirib.

O qeyd edib ki, büdcə Məcəlləsi artıq gündəmdədir :

“Bununla bağlı Maliyyə Nazirliyində iş aparılır. Bu, əmək tutumlu işdir, yekunlaşdığı zaman təbii ki, konstitusiya qanununa uyğun olaraq razılaşdırmaqla, müəyyən süzgəcdən keçməklə, aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təqdim ediləcək”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.