
Bakı. Trend:
Cari ilin yanvar ayından avqust ayına kimi Azərbaycandan
İtaliyaya ümumilikdə 4,801 milyard dollar (ABŞ) həcmində 9,198
milyon ton xam neft və bitum tərkibli neft məhsulları ixrac
olunub.
Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin
analoji dövrü ilə müqayisədə, pul ifadəsində bu göstərici 851
milyon dollar (21,9%), həcmi ifadədə isə 2,972 milyon ton (47,7%)
artıb.
Ötən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan İtaliyaya 3,940
milyard ABŞ dolları həcmində 6,226 milyon ton xam neft və bitumlu
süxurlardan alınan neft məhsulları ixrac olunub.
Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr
arasında birinci yeri tutub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞ
dolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixrac
edilib.