Hindistanda dağıdıcı musson yağışları: azı 17 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Uttaraxand ştatında musson
yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı
17 nəfər həyatını itirib.

Bu barədə Trend
Hindistan KİV-ə istinadən xəbər verir.




Təbii fəlakət nəticəsində 20 nəfərdən çox insanın itkin düşdüyü
bildirilir. Daşqınlar Dexradun rayonunda nəqliyyat infrastrukturuna
ciddi ziyan vurub, bir sıra yaşayış evləri və mehmanxanalar
dağılıb.

Bundan başqa su axının şiddətlənməsi səbəbilə Rispana və Bindal
çayları üzərindəki körpülər çöküb. Bu isə yerli sakinlərə yardımın
göstərilməsini, ümumilikdə xilasetmə-axtarış tədbirlərini
çətinləşdirib.