Daşbulaq kəndində bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq

Baş səhifə

Xocalı. Trend:

Media nümayəndələri Xocalıya təşkil edilən Prezidentin izi ilə
media-tur zamanı rayonun Daşbulaq kəndində olub.

Trend-in
Qarabağ Bürosunun xəbərinə görə jurnalistlər Qarabağa təşkil edilən
media turda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sentyabrın 15-də olduğu Xocalı rayonunun Daşbulaq kəndində
olublar.

Təşkil edilən tur zamanı jurnalistlərə Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı
kənddə görülən işlərlə bağlı məlumat verərək bildirib ki, kənddə
uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su
anbarı və subartezian quyusu bərpa olunub, transformator
quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Eyni zamanda, 8
kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən
qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib və artıq tikinti
işlərinə hazırlıq gedir. Kənddə sosial və məişət obyektləri
istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili
yollara asfalt vurulub.




Əlavə olaraq A.Telmanqızı bildirib ki, Daşbulaqda 195 ev var.
Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev
bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara
hazır olacaq. İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Qeyd edək ki, bu kənd də Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü
ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı
Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial
infrastrukturunun qurulması işləri icra olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir