
Bakı. Trend:
Bu ilin ilk 6 ayında Fransanın Azərbaycan iqtisadiyyatına cəlb
olunmuş birbaşa xarici investisiyalarının həcmi 60,473 milyon ABŞ
dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə
edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 53,433 milyon ABŞ dolları və ya 8,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Fransadan yatırılan investisiyaların payı 1,9% təşkil
edib.
Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında Fransa
iqtisadiyyatına 11,785 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da
ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,007 milyon ABŞ
dolları və ya 20,3% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9% təşkil
edib.
Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Fransadan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 7,040 milyon ABŞ dolları,
Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə
14,792 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6
ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya
35,2% çoxdur.